Hikmət Hacızadənin hesabına həbs qoyuldu

Politoloqun rəhbərlik etdiyi Gənclər Mərkəzi də bağlanıb

Source:


Politoloqun rəhbərlik etdiyi Gənclər Mərkəzi də bağlanıb

Avqustun 18-də politoloq, Müsavat Partiyasının divan üzvü Hikmət Hacızadənin həm şəxsi, həm də rəhbərlik etdiyi təşkilatının bank hesablarına prokurorluq tərəfindən həbs qoyulub.

Xəbəri Meydan TV-yə Hikmət Hacızadənin özü təsdiqləyib.  Onun sözlərinə görə, “far centre” (uzaq mərkəz) ictimai birliyinin ofisini və Mustafa Sübhi küçəsində yerləşən Gənclər Mərkəzinin qərargahını da bağlayıblar.

Gənclər Mərkəzi Hikmət Hacizadənin rəhbərlik etdiyi FAR CENTRE QHT-si tərəfindən formalaşdırılmışdı və müstəqil gənclərin toplana biləcəyi yeganə yer idi.

Ana səhifəXəbərlərHikmət Hacızadənin hesabına həbs qoyuldu