Hikmət Hacızadə: Rusiyadakı hadisələrin Azərbaycana təsiri şübhəsizdir

Azərbaycanın isə təbii resursları az olduğundan hakimiyyətin səmərəsiz idarəetməsi ölkəni iflasa aparır.

Source: Foto: arxiv


Zərdüşt Əlizadə: ''Putinin siyasəti cəzadan ibarət olduğundan heç nə dəyişməyəcək''

Moskva şəhər Dumasına sentyabrda keçiriləcək seçkilərdə iştirak üçün namizədliklərini irəli sürmüş müxalifət nümayəndələrini MSK-nın seçkiyə buraxmamaq qərarından sonra Rusiyanın paytaxtında iki dəfə kütləvi askiya keçirilib. Aksiyaların əsas təşkilatçısı müxalifətçi Aleksandr Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondudur. Aksiyalar razılaşdırılmamış olduğundan onların qarşısı hüquq-mühafizə orqanları tərəfindən kəskin surətdə alınıb, aksiya iştirakçılarına qarşı güc tətbiq edilib, yüzlərlə insan saxlanılıb, bir çoxlarına qarşı cinayət işi açılıb.

Avqustun 10-da, şənbə günü müxalifət növbəti aksiyaya çıxacaq. Moskva şəhər rəhbərliyi bu aksiyanı sanksiyalaşdırıb. Artıq Rusiya Kommunist Partiyasının da nümayəndələri həmin aksiyada iştirak edəcəklərini bildiriblər. Azərbaycanda bir sıra siyasi ekspertlər sosial şəbəkələrdə Rusiyada demokratikləşmənin vacibliyini və bunun mütləq olaraq Azərbaycana təsir edəcəyini qeyd ediblər.

Meydan TV-ə şərhində Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib ki, DTK tayfası tərəfindən idarə olunan ölkədə belə mitinqlərin keçirilməsi ümidlər verir:

“Bu mənada bu hadisələrin mənəvi təsiri olacaq. Əslində, Rusiya kimi ölkələrdə dəyişikliklər kiçik addımlar bahasına başa gəlir. Amma mən sonuncu aksiyaları inqilab adlandırmıram. Bununla belə ölkənin paytaxtı aksiyalara çıxıb sözünü deyir. Moskva rəhbərliyində düşünənlər varsa, hansısa dəyişikliklər olacaq. Əks təqdirdə, etirazlar genişlənəcək və nə zamansa partlayacaq”.

150961CA-4F21-4AC3-A020-911EBA319245_w1023_r1_s.jpg
Hikmət Hacızadə

O hesab edir ki, Rusiyadakı son hadisələr cox vacibdir və Azərbaycana da təsiri şübhəsizdir:

“Türkmənistan istisna olmaqla, dörd tərəfimizdə dəyişikliklər yaşanır. Türkmənistan da bizim qardaşımızdır, bizə çox oxşayırlar, hələ tərpənmirlər. İranı isə tərpədirlər”.

Siyasi icmalçı Zərdüşt Əlizadə Rusiyada siyasi dəyişikliyin qonşu ölkələrə təsirini mümkün hesab edir.

Amma Zərdüşt Əlizadə şimal ölkədə proseslərin geniş vüsət alacağına inanmır:

“Vladimir Putinin 27 iyul mitinqindən sonra həyata keçirdiyi repressiyalar onu göstərir ki, 2011-ci ildə olduğu kimi müxalifəti xaricə işləməkdə ittiham edərək əzəcək. Putinin başqa çıxış yolu yoxdur. Yəni indiki hakimiyyətin qarət sıyasətini dəyişdirməsi, liberallaşmaya keçməsi mümkün deyil və prezidentin ətrafı da buna imkan verməz”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

O deyib ki, Putini ətrafındakı yüzlərlə insan Rusiyanı qarət etmək üçün hakimiyyətdə saxlayırlar, ona görə də o, indiki siyasətini davam etdirməyə məcburdur.

“Bir tərəfdən xalqı xarici siyasətdə uğurların olması vədi ilə aldatmalıdır, o biri tərəfdən qorxutmalı və müxalifəti parçalamalıdır. Kommunistlərin lideri Züqanov hakimiyyətin əl tulasıdır, liberal-demokrat Jirinovski də həmin vəziyyətdədir. Putinin siyasəti cəzadan ibarət olduğundan heç nə dəyişməyəcək. Ölkənin təbii sərvətləri çoxdur, hələ indiki hakimiyyət ölkəni dağıda-dağıda gedir, nə vaxt bitəcək, ölkə də çökəcək. SSRİ də zəngin dövlət idi, müəyyən mərhələdə daxili böhran nəticəsində parçalandı. Rusiyada da bu proseslər getdiyindən gələcəyi olmayan ölkədir. Azərbaycanın isə təbii resursları az olduğundan hakimiyyətin səmərəsiz idarəetməsi ölkəni iflasa aparır”.

Ana səhifəXəbərlərHikmət Hacızadə: Rusiyadakı hadisələrin Azərbaycana təsiri şübhəsizdir