Xəbəri yayan ANS PRESS 3 dəfə məlumata dəyişiklik etdi
Mərkəzin yanması haqqında məlumatı ANS PRESS yayıb.
Bildirildiyinə görə, mərkəzin binasında çıxan yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən bildirilib ki, yanğını hələlik söndürmək mümkün olmayıb: “Hazırda orada iş gedir”.
Yarım saat sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:
“Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb. Əməkdaşlarımız Heydər Əliyev Mərkəzində növbə çəkirlər”.
Xəbərin yayılmasından 40 dəqiqə sonra isə Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyeva ANS PRESS-ə bildirib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Mərkəzdə təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib.
“Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib” – Gülşən Əliyeva belə deyib.