“Həsən Hüseynlinin yerli sakinə bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür”

ABŞ səfirliyi QHT rəhbərinin həbsi ilə bağlı bəyanat yaydı.

Source:

ABŞ səfirliyi QHT rəhbərinin həbsi ilə bağlı bəyanat yaydı.

ABŞ-ın Azərbaycandakı səfirliyi “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin həbsi  ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycanın vətəndaş cəmiyyətinə təsir göstərən daha bir müşkül olay cərəyan etdi. Rəsmilər Gəncədə fəaliyyət göstərən və yüksək hörmətə malik qeyri-hökumət təşkilatının lideri Həsən Hüseynlini ağır dərəcəli xuliqanlıqda ittiham edərək ona altı il həbs cəzası kəsdi.

ABŞ-ın Azərbaycandakı səfirliyi cənab Hüseynli ilə tələbə mübadiləsi və ingilis dili təlimləri sahələrində sıx çalışıb. Hüseynlinin mülayim davranışını, vətəndaş cəmiyyətinin inkişafı və maarifləndirilməsi sahəsində olan iş tarixçəsini nəzərə alaraq ittihamda iddia edilən kimi yerli sakinə bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür. Cənab Hüseynli Azərbaycanda uzunmüddətli həbs cəzalarına məruz qalan və sayı artmaqda olan vətəndaş cəmiyyəti fəallarının sırasına daxildir.

Azərbaycanın tərəfdaşı olan ABŞ bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha da çox hörmət göstərilməsini təşviq edir. Biz tam əminik ki, fundamental azadlıqların dəstəklənməsi Azərbaycanın uzunmüddətli sabitliyinə və tərəqqisinə təkan verəcək. Biz həmçinin sözügedən məqsədləri əldə etmək üçün Azərbaycanın hökuməti və insanları ilə işləmək öhdəliyinə sadiqik”.

Ana səhifəXəbərlər“Həsən Hüseynlinin yerli sakinə bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür”