Həsən Hüseynlinin məhkəməsi saat 16-ya təxirə salındı (yenilənib)

“Kamil Vətəndaş” maarifləndirmə mərkəzi ictimai birliyinin sədri məhkəmədən ədalət gözləyir.

Source:

“Kamil Vətəndaş” maarifləndirmə mərkəzi ictimai birliyinin sədri məhkəmədən ədalət gözləyir.

İyulun 11-də saat 11-də Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsində  “Kamil Vətəndaş” maarifləndirmə mərkəzi ictimai birliyinin sədri, fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynlinin məhkəməsi başlayıb.

Prosesdə birliyin sədrinə hökm oxunacaq.

Məhkəmədə Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və digərləri də iştirak edir.

Həsən Hüseynli Meydan TV-nin prosesi izləyən əməkdaşına deyib ki, o, məhkəmədən ədalət gözləyir.

İyulun 4-də keçirilən prosesdə dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Vəkillər və təqsirləndirilən şəxs prokurorun tələbini əsassız hesab edibdilər.

Ana səhifəXəbərlərHəsən Hüseynlinin məhkəməsi saat 16-ya təxirə salındı (yenilənib)