Məhkəmə zərərçəkənin ifadəsi ilə davam etdirilib
İyunun 13-də Gəncə Şəhər Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçirilib.
Mərkəz rəhbərinin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, işdə zərərçəkən kimi tanınan Arzu Qəhrəmanov bildirib ki, Həsən Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub. Prosesdə Arzu Qəhrəmanov və ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmiş polis əməkdaşı Nazim Hacıyev dindirilib.
Məhkəmə iclası iyunun 23-də saat 14.30-davam etdiriləcək.