Həsən Hüseynli 6 il azadlıqdan məhrum edildi

Birlik sədri cəzasını ümumi rejimli təcridxanada çəkəcək.

Source:

Birlik sədri cəzasını ümumi rejimli təcridxanada çəkəcək.

İyulun 14-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” İB-nin rəhbəri Həsən Hüseynliyə hökm oxunub.

Həsən Hüseynli son sözünü deyəndən sonra hakim Ayaz Mahmudov birlik sədrinin 6 il azadlıqdan məhrum edilməsi haqqında hökmü elan edib.

Həsən Hüseynlinin cəzasını ümumi rejimli təcridxanada çəkəcəyi bildirilib.

İyulun 11-də dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs cəzası istəmişdi.

Ana səhifəXəbərlərHəsən Hüseynli 6 il azadlıqdan məhrum edildi