Həkim Adil Qeybulla: “Saleh Rüstəmov komaya düşsə…”

Həkim Adil Qeybulla 39 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovla görüşdən çıxıb. Dörd saat çəkən görüş zamanı həkim onu müayinə edib, bəzi tibbi yardımlar göstərib.
“Orqan, toxumalarda gedən geridönməz proseslər elə şəkil ala bilər ki, artıq vəziyyət ciddiləşə bilər. Pnevmoniya kimi xəstəliyin qoşulması da vəziyyəti ağırlaşdıra bilər. Bununla yanaşı geridönməz proseslər, məsələn,  komaya düşsə, artıq biz işin gedişi haqqında bir şey deyə bilməyəcəyik. Proqnoz çox pis ola bilər”.
Saleh Rüstəmov iki gündür quru aclığa keçib. O, dərman və su qəbulundan imtina edib.
Həkim dövlət qurumlarına təklif edib ki, S. Rüstəmov mülki xəstəxanaya köçürülsün və orada müayinəsi davam etdirilsin.
AXCP üzvü Saleh Rüstəmov qanunsuz həbs olunduğunu deyərək, 6 noyabrdan azadlıq tələbi ilə aclıq edir
O, azadlığa çıxana qədər aclıq aksiyasını davam etdirməkdə israrlıdır
13 noyabrdan S.Rüstəmova dəstək üçün onun ailə üzvləri və fəallar aclıq aksiyasına başlayıblar.

Ana səhifəReportajHəkim Adil Qeybulla: “Saleh Rüstəmov komaya düşsə…”