Həftəsonu işləyən, amma müştərisiz bazar

“Axı, bazarın anbarına da pul ödəyirik”.

Source: Specify Source


“Bayram ərəfəsi qiymətləri aşağı salmışıq ki, heç olmasa yer pulunu çıxara bilək”

Azərbaycanda pandemiya ilə əlaqədar “SMS icazə” sistemi tətbiq olunandan sonra Bakı bazarlarının həftənin şənbə və bazar günləri fəaliyyətinə icazə verilib. Lakin satıcılar müştəri qıtlığından şikayətçidirlər.

Paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki, el arasında “Vosmoy” bazarı kimi tanınan bazarın satıcıları bildiriblər ki, bir neçə həftəlik fasilədən sonra ötən bazar işə çıxıblar. Amma məhsulları piştaxtalarda qalıb. Bir yandan “SMS icazə”nin tətbiqi, digər yandan ictimai nəqliyyatın işləməməsi alveri öldürüb. Satıcılardan Zabit Məmmədov deyib ki, çoxu bazarın həftə sonları işləməsindən xəbərsizdir. İndi bayrama görə işləmələrinə icazə verilib: “Bayram ərəfəsi qiymətləri aşağı salmışıq ki, heç olmasa yer pulunu çıxara bilək. Axı, bazarın anbarına da pul ödəyirik”.

Untitled design (10).png
Satıcılar müştəri qıtlığından şikayətçidirlər

Bazarda pomidorun kiloqramı 70 qəpik-1 manat, badımcan 1-1 manat 50 qəpik, kartof 1 manat, soğan 70 qəpiyə təklif edilir. Meyvələrdən alma sortuna görə kiloqramı 60 qəpikdən 2 manatadək, banan 1 manat 70 qəpiyə, armud 2 manata, nar 1 manata, kivi 2 manata satılır.

Balıq satıcıları isə balıqların Salyan və Neftçala rayonlarından gətirildiyini, alverin zəif getdiyini bildiriblər.

Untitled design (11).png
Məhsullar piştaxtalarda qalıb

“Ötən ilin bu vaxtında bazarda qızğın alver gedirdi, günə 60-70 kilo balıq satılırdı. Amma indi günə 10-15 kilo balıq satanda sevinirik ki, balalarımız ac qalmayacaq. Balıq tez xarab olur, satılmadığından az alırıq. Ümidimiz ayın son günlərinədir, bəlkə bayrama görə alver olar”,-satıcı Nemət Ağayev bildirib.

Elə diri toyuq, hind quşu, qaz, ördək satanlar da ümidini ilin son günlərinə bağlayıblar. Yeni il süfrələrin bəzəyi sayılan hind quşunun kiloqramı 13 manat 50 qəpikdən təklif olunur. Sacılar deyirlər ki, gün ərzində 3-4 toyuq satırlar, xərci borcunu ödəmir.

Untitled design (13).png
“Günə 10-15 kilo balıq satanda sevinirik”

“Kartofa, soğana baxmayın, məcburiyyət qarşısında alırlar. Elə ailə var ki, aylarla ət, toyuq alıb yeyə bilmir. İndi əksəriyyət meyvəni ədədlə alır, onlara baxanda öz günümüzə şükür edirik”, – satıcılardan biri söyləyib. Bazarın meyvə-tərəvəz şöbəsində əksər piştaxtalar boşaldılıb.

Untitled design (14).png
“Elə ailə var ki, aylarla ət, toyuq alıb yeyə bilmir”
Untitled design (17).png
“Bayram ərəfəsi qiymətləri aşağı salmışıq ki, heç olmasa yer pulunu çıxara bilək”
image-21-12-20-12-50-1.jpeg
Sacılar deyirlər ki, gün ərzində 3-4 toyuq satırlar, xərci borcunu ödəmir.
image-21-12-20-12-50-3.jpeg
Yeni il süfrələrin bəzəyi sayılan hind quşunun kiloqramı 13 manat 50 qəpikdən təklif olunur.
Ana səhifəSosialHəftəsonu işləyən, amma müştərisiz bazar