Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib

“Hərəkətsizlik və havada olmamaq onun vəziyyətini ağırlaşdırır”

Source:


“H


ə


r


ə


k


ə


tsizlik v


ə


havada olmamaq onun v


ə


ziyy


ə


tini a


ğı


rla


ş


d


ı


r


ı


r”

Vəkil Cavad Cavadov avqustun 4-də onunla görüşündən sonra Meydan TV-yə bildirib.

Kəskin şəkərli diabet xəstəliyi nəticəsində 2013-cü ilin sentyabr, oktyabr aylarında sağ və sol gözlərində əməliyyat olunub.

Bundan öncə də Leyla Yunus 4 dəfə əməliyyat olunub.

“Orqanizmdə olan şəkərin normada saxlanılması üçün o, xüsusi preparatlar qəbul edir və daim şəkərin nəzarət edilməsinə ehtiyacı var. Leyla Yunus bildirib hazırda bunu etməy imkanı yoxdur. Bundan əlavə hərəkətsizlik və havada olmamaq onun vəziyyətini ağırlaşdırır. Şəkərli diabet onun sağ əlinə də təsir edir və baş barmağı keyləşir” – deyə C.Cavadov bildirib.

Vəkil qeyd edib ki, bu həftə ərzində L.Yunusun həbsilə bağlı apellyasiya şikayətinə baxılması gözlənilir.

Xatırladaq ki, L.Yunus iyulun 30-da dövlətə xəyanət və digər cinayətlər törətməkdə ittiham olunaraq həbs edilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə polis nəzarətindədir.

Ana səhifəXəbərlərHəbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib