“Hakimiyyət “Turan” agentliyinə olan kiberhücumlara aydınlıq gətirməlidir”

“Rəsmi Bakı bu kiberhücumlara aydınlıq gətirməlidir”.

Foto: “Sərhədsiz Reportyorlar”


“Sərhədsiz Reportyorlar” bəyanat yayıb

“Turan” İnformasiya Agentliyinə məxsus “Turan.az” və “Contact.az” saytları mayın 15-17 tarixlərində kiberhücumlara məruz qalıb. Nəticədə saytlar işləməyib və dərc edilmiş materialların bir hissəsi itib”.

Bunu Meydan TV-yə agentliyin direktoru Mehman Əliyev deyib. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görülüb, hazırda durum normaldır.

“Görülən tədbirlər sayəsində saytların fəaliyyəti və itmiş materiallar bərpa edilib”, – Mehman Əliyev deyib.

Kiberhücumlarla bağlı “Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı bəyanat yayıb. Təşkilat bəyanatında hücumu pisləyib.

“DdoS hücum hər dəfə müxalifətçi fəalların hüquqlarının pozulması ilə bağlı tənqidi materialların dərcindən sonra baş verib. Rəsmi Bakı bu kiberhücumlara aydınlıq gətirməlidir”.

Ana səhifəSiyasət“Hakimiyyət “Turan” agentliyinə olan kiberhücumlara aydınlıq gətirməlidir”