“Hakim hökmü oxuyarkən vicdan əzabı çəkirdi”

Təranə Hüseynli: “Məhkəmədə nə bıçaq, nə bıçaq dəymiş paltar, nə də həmin adamın dediyi bıçaq yarası ortaya çıxmadı”

Source:


T


əranə Hüseynli:


“M


ə


hk


ə


m


ə


d


ə


n


ə


b


ıç


aq, n


ə


b


ıç


aq d


ə


ymi


ş


paltar, n


ə


d


ə


h


ə


min adam


ı


n dediyi b


ıç


aq yaras


ı


ortaya


çı


xmad


ı



“Həsən Hüseynlinin həbsi ağlasığmaz haqsızlıqdır. Həsən müəllim Gəncənin Zeynalabdin Tağıyevi, Roma papası idi. O, gənclərə təhsil verən, yol, istiqamət göstərən insandır” – bu açıqlamanı 6 il azadlıqdan məhrum edilən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin həyat yoldaşı Təranə Hüseynli “Turan İA” agentliyinə bildirib.

T.Hüseynli həyat yoldaşının həbsinin motivlərindən danışarkən deyib ki, yoldan keçən kim isə Həsən Hüseynliyə şər atıb.

“Biz düşünürdük ki, həmin şəxs bəlkə psixi xəstədir. Çünki məhkəmədə nə bıçaq, nə bıçaq dəymiş paltar, nə də həmin adamın dediyi bıçaq yarası ortaya çıxmadı. Biz dövlətimizə, məhkəmə sisteminə çox arxayın idik. Hesab edirdik ki, məhkəmə istintaqı həqiqəti müəyyən edəcək. Amma bu, baş vermədi. Məhkəmə şər atanın dediyi yerdə baş verənlərlə bağlı kameralardakı videoyazını belə tələb etmədi” – Təranə Hüseynli belə deyib.

T.Hüseynli həyat yoldaşının sırf maarifçilik işi ilə məşğul olduğunu bildirib: “O, gəncləri təhsilə yönəldir, xaricdə təhsil almalarına kömək edirdi. Dövlətin təhlükəsizlik orqanları var, araşdırma apara bilərlər. Məhkəmədə hakimə də dedim, gəlsinlər bizim yaşayış şəraitimizlə tanış olsunlar. Həsən müəllim sırf xeyriyyəçiliklə məşğul olurdu. Onun Bakıda yüksək vəzifələrdə xalqımıza xidmət edən çoxsaylı şagirdləri var. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının iki müavininin təhsilinə Həsən müəllim kömək edib. Həsən müəllim küçədə kriminal uşaqları təhsilə yönəldirdi”.

Onun fikrincə, Həsən Hüseynli həm də dindardır. “Bu adam oruc tutan, Allaha yaxın olan insandır. Bu haqsızlığı allah götürməz. Allahdan başqa bizim köməyimiz yoxdur”.

T.Hüseynli bildirib ki, hakim hökmü oxuyarkən vicdan əzabı çəkirmiş: “Hakim ürək ağrısı ilə danışırdı. Mən hiss edirdim ki, o vicdan əzabı çəkir”.

O, prokurorluğa, prezidentə və onun həyat yoldaşına müraciət etdiyini dedi: “Ancaq bir nəticəyə nail ola bimədik”.

İyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsində xuliqanlıqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin barəsində ümumilikdə 6 il olmaqla ( 5 il  11 ay 28 gün) həbs hökmü çıxarılıb.

Ana səhifəXəbərlər“Hakim hökmü oxuyarkən vicdan əzabı çəkirdi”