Hakim Cavid Hüseynov “Maqnitski siyahisi”na münasibət bildirdi

“Leyla Yunus çox şey deyə bilər, bu, onun subyektiv yanaşmasıdır”

Source:


“Leyla Yunus çox şey deyə bilər, bu, onun subyektiv yanaşmasıdır”

İyunun 23-də hüquq müdafiəçisi Leyla Yunusun tərtib etdiyi “Maqnitski siyahısı”na adı salınan Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov olaya reaksiya verib.

Cavid Hüseynov Aktual.az-a deyib ki, siyahıya adının salınması Leyla Yunusun subyektiv yanaşmasıdır: “O, çox şey deyə bilər və mən Leyla Yunusun fikirlərinin əleyhinə çıxa bilmərəm. Nə də onun ittihamlarını qəbul edə bilmərəm. Yenə deyirəm, bu, onun şəxsi fikirləridir. O, siyahısını Amerikaya, Avropa Birliyinə, Avropa İnsan Haqları Məhkəməsinə də göndərə bilər. Mən onun göndərdiyi siyahıya embarqo qoymaq düşüncəsində və hüququnda deyiləm”.

Hakim NİDA-çıların işində qeyri-obyektivliyə yol verməsi barədə haqqında səslənən ittihamlara cavab verib ki, qərardan apellyasiya şikayəti verilib: “Biz onların apellyasiya şikayəti hüquqlarını müdafiə eləmişik və apellyasiya məhkəməsinə göndərmişik. Məhkəmədə bu işə baxılıb, hüquqi qiymət veriləcək. Məhkəmənin qərarından bizim nə qədər haqlı və ya haqsız olduğumuz üzə çıxacaq”.

Leyla Yunusun hazırladığı “Maqnitski Siyahısı”na 6 hakimin adı daxil edilib. Onların arasında NİDA-çıların işinə baxan hakim Cavid Hüseynov, Pərviz Həşimlinin işi üzrə aparılan məhkəmənin hakimi Novruz Kərimov, Anar Məmmədlinin işi üzrə hakim Rauf Əliyev, İsmayıllı, Yadigar Sadıqov və Hilal Məmmədovun məhkəmələrini aparan hakimlərin adı yer alıb.

Ana səhifəXəbərlərHakim Cavid Hüseynov “Maqnitski siyahisi”na münasibət bildirdi