Həbsdə olan üç “TikTok” istifadəçisi ev dustaqlığına buraxılıb

İllüstrasiya: Meydan TV

Onlar 2024-cü ilin dekabrında saxlanılıblar

Həbsdə olan üç “TikTok” istifadəçisi ev dustaqlığına buraxılıb.

Mayın 30-da Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Vaqa” ləqəbli Vüqar Zeynalzadə, “Tosu” ləqəbli Məhərrəm Həsənov və Emin Abdullayevin həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Onlar 2024-cü ilin dekabrında saxlanılıblar.

 Vüqar Zeynalzadə və Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma), Emin Abdullayev isə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə təqsirli bilinirlər.

2024-cü ilin sonlarına doğru Azərbaycanda ondan çox “TikTok” istifadəçisi həbs olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, onlar “TikTok”da əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğuldurlar.

Sonradan həbs olunanların bəzilərinə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 (qumar oyunlarının təşkili) maddələrilə ittiham irəli sürülüb. Bəzilərinə isə narkotik ittihamı verilib.

“Tiktoker”lərin kütləvi həbsini hakimiyyətin sosial medialara qarşı apardığı repressiyası kimi qiymətləndirənlər, həmçinin bunun ifadə azadlığına qarşı olduğunu deyənlər də olub.

Ana səhifəXəbərlərHəbsdə olan üç “TikTok” istifadəçisi ev dustaqlığına buraxılıb