Həbsdə olan 6 qadın jurnalistin və 3 dini inanclı qadının azadlığa buraxılması üçün aclıq edən Müsəlman Birliyi Hərakatının 4 üzvü “karsa” (cəza kamerası) salınıb.
Bu barədə hüquq müdafiəçisi Arzu Abdulla məhbusların ailələrinə istinadən sosial media səhifəsində məlumat paylaşıb.
Hazırda Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılan məhbusların sağlamlıq vəziyyəti barədə məlumat almaq mümkün olmayıb.

İyulun 11-də Müsəlman Birliyi Hərakatının üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev aclıq aksiyasına başlayıb.
Daha sonra iyulun 13-də birliyin üzvü Elvin Zeynalov da aksiyaya qoşulub.
Azərbaycanda qadın jurnalistlərin həbsi “AbzasMedia işi” üzrə 2023-cü ilin noyabrın ayından başlayıb. Jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Vaqifqızı həbs olunub.
Daha sonra “Meydan TV işi” üzrə 2024-cü il dekabrın 6-da həmin medianın 4 qadın əməkdaşı Aynur Elgünəş (Qənbərova), Aysel Umudova, Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva həbs olunub. 2025-cı ildə müstəqil jurnalistlər Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da bu iş üzrə həbs olunub.
Bundan başqa 2025-ci ilin avqustunda Xəzər rayonunda ehsan paylayan 6 dini inanclı qadın polis tərəfindən zorakılığa məruz qalıb və həbs olunub.