Güzəştli mənzil şansını itirənlər MİDA-dan şikayətlənir

MİDA-nın güzəştli mənzillərinin satışı ilə bağlı narazılıqlar davam edir. 29 iyul tarixində keçirilən satış zamanı vətəndaşlar onlayn sistemdə problem yaşadıqlarını deyirlər.

Güzəştli mənzil əldə etmə şansını bu dəfə də qaçıranlar MİDA-nın baş ofisinə gələrək şikayət ərizəsi yazıblar. Onlar 29 iyulda keçirilən satışın ləğv edilməsini və yenidən təşkil olunmasını tələb edirlər.

Sosial evlərin tikintisi ilə məşğul olan MİDA Prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Əvvəlki illərdə də güzəştli mənzil üçün müraciət edənlər bənzər problemlərlə qarşılaşıb.

Ana səhifəVideoGüzəştli mənzil şansını itirənlər MİDA-dan şikayətlənir