Gürcüstanda ictimai fəallar festivala etiraz ediblər

Foto: Meydan TV

Onlar vəsaitin kəndlərin sosial rifahına yönəlməsini istəyirlər

Gürcüstanın Saqareco rayon bələdiyyəsi “Çay dəstgahı” festivalı keçirib. Festivala Azərbaycandan müğənni Nəfəs dəvət olunub. İcmanın aktivistləri Tozu Gülməmmədli və Elvin Kərimov kənddəki sosial rifahın aşağı olmasına diqqət çəkmək üçün festival zamanı öz etirazlarını bildiriblər.

Ötən ay Marneuli bələdiyyəsi şəhərdə keçirilən “Marneulioba” festivalına Azərbaycandan müğənni Roza Zərgərlini dəvət etmişdi.

İcma aktivistləri bu kimi tədbirlərə xərclənən pulları kəndlərin sosial rifahına yönəlməsini dəfələrlə ifadə ediblər.

Ana səhifəSosialGürcüstanda ictimai fəallar festivala etiraz ediblər