Gürcüstanda 100-kilometrlik etiraz yürüşü başlayıb

Foto: Meydan TV

Yürüş iştirakçılarının tələbləri: yeni parlament seçkilərinin keçirilməsi və rejim məhbuslarının azadlığa buraxılması

Bu gün, martın 29-da Gürcüstanın Dmanisi rayonunda “Yeni seçkilər tələb edirik!” şüarı altında 100 kilometrlik yürüş başlayıb.

Etirazçılar üç gün ərzində Dmanisi, Bolnisi və Marneulidən keçib, martın 31-də Tbilisidə, Rustaveli prospektində yürüşü bitirməyi planlaşdırırlar.

“100 kilometrlik məsafədə 4 şəhərdən, 20-yə qədər kənddən keçəcək və hər bir evin, darvazanın yanında -Ey Gürcüstan ayağa qalx! Ədalətsizliyə qarşı üsyan et! – deyəcəyik”, – yürüş iştirakçılarının bəyanatında deyilir.

Yürüş iştirakçılarının tələbləri: yeni parlament seçkilərinin keçirilməsi və rejim məhbuslarının azadlığa buraxılması.

Martın 31-də Rustaveli prospektində, etirazların hər gün davam etdiyi parlament binası qarşısında Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin də çıxışı gözlənilir.

Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra 122 gündür ki, nəticələri ölkədə heç bir müxalifət partiyası, vətəndaş cəmiyyəti və bir çox Avropa ölkəsi tərəfindən tanınmayan etiraz aksiyaları davam edir.

Bu müddət ərzində 486 nəfər inzibati qaydada saxlanılıb, 1084 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.

Ana səhifəXəbərlərGürcüstanda 100-kilometrlik etiraz yürüşü başlayıb