Gürcüstan müxalifəti yenə “Rusiya qanunu”na etiraz üçün küçələrə çıxıb

Tbilisidə “Rusiya qanunu”na etiraz üçün on minə yaxın insan küçələrə axışıb.

“Azadlıq yürüşü” adlandırılan bu aksiya parlament binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmaların olduğu yerdə sona çatıb.

Təşkilatçılar bununla müstəqillik uğrunda mübarizənin hələ də davam etdiyini ifadə etməyə çalışıblar.

Ana səhifəVideoGürcüstan müxalifəti yenə “Rusiya qanunu”na etiraz üçün küçələrə çıxıb