Gürcü səfiri axtarışın protokolunu istəyib

Bakı aeroportunda saxlanılan deputatların fikrincə, Azərbaycan hakimiyyətinə bu barədə məlumat Gürcüstan hakimiyyətindən ötürülüb

Source:

Bakı aeroportunda saxlanılan deputatların fikrincə, Azərbaycan hakimiyyətinə bu barədə məlumat Gürcüstan hakimiyyətindən ötürülüb

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Vahid Milli Hərəkat Partiyasının nümayəndələrinin Bakı aeroportunda məruz qaldığı axtarışın protokolunu istəyib.

Səfir iyunun 20-də “Rustavi” telekanalının efirində belə deyib.

Ötən həftənin sonu Gürcüstan və Azərbaycan KİV-i məlumat yayıb ki, ölkənin parlament azlığının üzvləri İrma Nadiraşvili və Zurab Caparidze elektroşok qurğuları və iri məbləğdə pul keçirdiklərinə görə Bakı aeroportunda saxlanılıblar. Amma deputatlar Tbilisi beynəlxalq aeroportuna gəldikdən sonra deputatlar bu məlumatı təkzib ediblər.

“Saxlanma və axtarış barədə məlumatı iyunun 19-da təxminən 18:30-da almışıq. Azərbaycanın kifayət  qədər yüksək vəzifəli şəxsləri ilə söhbət etdim. Müəyyən edildi ki, onlar (VMHP nümayəndələri) saxlanılıblar və  üzərlərində axtarış aparılıb. İnsidentlə tanış olmaq və söhbətin hansı məbləğdən getdiyini bilmək üçün axtarışı təsdiqləyən sənədləri və axtarışın protokolunu istədim” – deyə səfir bildirib.

Gürcü diplomat qeyd edib ki, deputatlardan elektroşok qurğuların aşkarlanması barədə məlumatı yoxdur.

Bundan öncə Zurab Caparidze jurnaistlərə bildirib ki, Bakıda gömrük nəzarətindən keçərkən ondan xahiş ediblər ki, şəxsi axtarışdan keçsin, lakin qanuna zidd bir şey tapa bilmədikdə “nəzakətli şəkildə üzr istəyiblər”. Bununla əlaqədar deputatlar reysə gecikiblər. Növbəti reysi gözləyən deputatlar şəhərə qayıdıblar. Bakıda “kofe içərkən” xəbər tutublar ki, saxlanmaları barədə KİV-də məlumat yayılıb.

Öz növbəsində İrma Nadiraşvili bildirib ki, onlar aeroporta qayıdanda Gürcüstan səfirliyinin nümayəndələri orada idi. Səfirlik təmsilçiləri Gürcüstan vətəndaşlarının maraqlarını müdafiə etmək əvəzinə onları gözdən salmaq istəyiblər.

Deputatlar həmçinin deyiblər ki, onlarda pul olmayıb. Azərbaycan hakimiyyətinə bu barədə məlumat Gürcüstan hakimiyyətindən ötürülüb. Məqsəd Saakaşvilinin nümayəndələrinin gözdən salınması olub.

Ana səhifəXəbərlərGürcü səfiri axtarışın protokolunu istəyib