Gürcü polisi etnik azərbaycanlıya: “Get, Əliyev rejimindən haqlarını tələb elə”

Tbilisidə davam edən etiraz aksiyalarında Gürcüstan vətəndaşı olan etnik azərbaycanlı da saxlanılıb. O, məhkəmənin qərarı ilə 8 sutka müddətinə həbs edilib. Elvin Kərimov onunla görüşən vəkilinə saxlanılandan sonra on polis tərəfindən vəhşicəsinə döyüldüyünü deyib.

“Hazırda onun üzündə izlər, şişlər var. Bədənində ayaq izləri var. Vəkilin dediyinə görə, onu döyərkən deyiblər ki, sən “tatarisən”, get Azərbaycana, get Əliyev rejimindən haqlarını tələb elə”.

“Tatari” Gürcüstanda etnik azərbaycanlıları aşağılamaq və təhqir etmək üçün işlənilən ifadədir. Etnik azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda da etiraz aksiyasına gələnlər Gürcüstanda təkrar seçkilərin keçirilməsini, ölkənin avrointeqrasiya yoluna qayıtmasını və Elvin Kərimovun azad edilməsini tələb edirdilər.

Ana səhifəVideoGürcü polisi etnik azərbaycanlıya: “Get, Əliyev rejimindən haqlarını tələb elə”