Bəyanat
Hörmətli dostlar və KİV nümayəndələri!
ANS televiziyası bu ayın 14-də Avropadan siyasi sığınacaq alan yazarlar barədə material yayımlayıb. Bu reportajda mənim adım Avropa ölkələrindən siyasi sığınacaq alan yazarlar sırasında çəkilib. Bir daha məlumat verirəm ki, mən nə siyasi, nə də qeyri- siyasi sığınacaq üçün müraciət etməmişəm və etmək fikrim də yoxdur.
ANS-in reportajında mənim barəmdə siyasi sığınacaqla bağlı səslənənlər yalandır. Bununla bağlı həm Almaniya, həm də Azərbaycandan bir neçə vəkillə məsləhətləşdim. Hər biri bildirdi ki, mən ANS-in cəmiyyətə barəmdə yalan informasiya ötürdüyünü əlimdəki sənədlərlə sübut edə və hüquqi tədbirlərin görulməsinə nail ola bilərəm. Sığınacaq istəmədiyimi sübut edən bütün sənədləri (Meydan.tv ilə iş müqaviləsi, Almaniya hökumətinə iş vizası üçün alman vəkilimin müraciəti, digər sənədlər) vəkilimə təqdim edəcəm və ANS televiziyasını barəmdə cəmiyyətə yalan informasiya ötürdüyünə görə məhkəməyə verəcəm. Təkzib və maddi təzminat tələb edəcəm. Yerli məhkəmələr ədalətsiz qərar çıxarsa, işi Avropa Məhkəməsinə qədər aparmaqda qərarlıyam.
Bununla yanaşı, barəmdə mühacirətdə yaşadiğımı, hansısa ölkəyə sığınacaq uçün müraciət elədiyimi, sığınacaq aldığımı bildirən istənilən KIV-i eyni qaydada məhkəməyə verəcəm. Bütün həmkarlarıma hörmətim sonsuzdur. İstərdim ki, onlar da mənim şəxsimə deyil, öz peşələrinə, tamaşaçı, oxucu, dinləyici auditoriyalarına hörmətlə yanaşsınlar və yalan məlumat verməkdən çəkinsinlər.