Gülər Əhmədovaya hökm oxundu

Hökmdə barəsində 3 il həbs qərarı verilən Gülər Əhmədova, son sözündə prezidentə də müraciət edərək, Heydər Əliyev yoluna hər zaman sadiq qaldığını deyib. O həmçinin ölkə başçısından ailəsini, səhhətini nəzərə almağı xahiş etmişdi.

Gülər Əhmədova Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra deputat mandatından imtina edib. Fevralın 13-də onun barəsində həbs-qətimkan tədbiri seçilib və bu müddər daha sonra iki dəfə artırılıb. Gülər Əhmədova özgənin külli miqdarda əmlakını ələ keçirməkdə və ağır cinayəti gizlətməkdə təqsirli bilinir.

Ana səhifəVideoGülər Əhmədovaya hökm oxundu