GRECO: Azərbaycan korrupsiyaya qarşı mübarizə tövsiyələrinin 62% tam yerinə yetirib

Qurumun məqsədi AŞ üzvü olan dövlətlərdə, həmçinin Belarus, Qazaxıstan və ABŞ-da korrupsiyaya qarşı mübarizədir.

Foto: arxiv


“Azərbaycan tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub”

Avropa Şurasının korrupsiyaya qarşı bir qrup dövləti (GRECO) iyunun 3-də videokonfrans formatında illik məruzəsini təqdim edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, məruzənin Azərbaycana aid hissəsində qeyd olunub ki, ötən ilin 31 dekabr tarixindəki vəziyyətə görə, 21 tövsiyədən 13-nü (62%) tam yerinə yetirilib. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, 3 tövsiyə yerinə yetirilməyib (14%):

“Azərbaycan deputatların (50%), hakimlər və prokurorların (57%) barəsində GRECO tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub”, – məruzədə deyilir.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bildirib ki, korrupsiyaya qarşı mübarizədə səmərəli tədbirlərin həyata keçirilməsi və şəffaflığın dəstəklənməsi dövlət orqanları üçün prioritet olmalıdır.

060300027443.jpg
GRECO

2019-cu ilin sonunda 18 ölkədə vəziyyət qiymətləndirilib. GRECO-nun hüquq-mühafizə orqanlarına dair tövsiyələri davranış kodeksi, xidmətdə irəliləmə və işdən çıxarılma, maraqların toqquşması, işəgötürmədə məhdudiyyətlər və məlumatlandırıcıların müdafiəsi ilə bağlı olub. Korrupsiyaya qarşı dövlətlər qrupu (GRECO) Avropa Şurasının orqanıdır. Qurumun məqsədi AŞ üzvü olan dövlətlərdə, həmçinin Belarus, Qazaxıstan və ABŞ-da korrupsiyaya qarşı mübarizədir.

Ana səhifəSiyasətGRECO: Azərbaycan korrupsiyaya qarşı mübarizə tövsiyələrinin 62% tam yerinə yetirib