Goranboyun kəndlərini sel suları basandan sonra evlərə və kəndlilərin təsərrüfatına ziyan dəyib.
Börü qəsəbəsində yaşayanlar dəymiş ziyanın qarşılanmasını tələb edirlər.
Kəndlilər deyir, Börü qəsəbəsində builki kimi yağıntı, sel olmayıb.
İki dəfə baş verən sel nəticəsində kəndin yolları da qəzalı duruma düşüb. Hər an gələcək sel üçün narahat olan kəndlilər yetkililərin tədbir görməsini istəyirlər.
Goranboy Rayon İcra Hakimiyyətinin məlumatına görə, hazırda fəsadların aradan qaldırılması üçün işlər görülür.