Gənclər konsert istədilər, polis saxladı

19 fevralda Milli Fikir Mərkəzinin üzvləri Bakının mərkəzində aksiya təşkil ediblər. Onlar 16 fevralda “Vətən” kinoteatrında gənc repçi “Kabus”un konsertini keçirmək istəyiblər. Amma polis işçiləri konsertin baş tutmasına imkan verməyiblər. Əsas olaraq onlardan icazə alınmadığını deyiblər.

Polis işçilərinin bu hərəkətinə etiraz olaraq Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə aksiya təşkil edib. Aksiya iştirakçıları konsertin baş tutmamağına etiraz olaraq ağızlarını lentlə bağlayıblar. Amma polislər aksiyanın keçirilməsinə imkan verməyiblər. Aksiya zamanı Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə saxlanılıb.

Ana səhifəVideoGənclər konsert istədilər, polis saxladı