Həyatını itirən şəxs xəstəxanada müalicə alanlardan biridir
Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı xəstəxanada yanğın baş verib. Xəstəxanada müalicə olunan şəxslərdən biri yanğın nəticəsində həyatını itirib.
Meydan TV-yə 50-yə yaxın yaralının olduğu bildirilib.
Hadisə aprelin 26-da səhər saatlarında baş verib. Məlumatı Gəncə şəhər Prokurorluğu da təsdiqləyib.
“İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib”, – prokurorluqdan bildirilib.
Yanğın nəticəsində ölənin kimliyi də açıqlanıb. O, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.