“Gəncə işi”: Dörd nəfər azadlığa buraxıldı

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub.

Source: meydan tv


Daha dörd nəfər 5 ildən 15 ilədək cəzalandırıldı

Sentyabrın 30-da Gəncə hadisələrinə görə həbs olunan daha 8 nəfərə hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sabunçu rayon Məhkəməsinin binasında onlara hökm oxuyub.

Onlardan 4 nəfəri – Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədov azadlığa buraxılıblar. Emil Məmmədov həbs olunanda 15 yaşında olub. Məhkəmə onun azyaşlı olmasını əsas götürərək, şərti azadlığa buraxıb. Şahin Verdiyev isə həbsdə olarkən infarkt keçirib. Hakim onun da səhhətini nəzərə alaraq, həbsini şərti azadlıqla əvəzləyib. 1 il 6 ay azadlıqdan məhrum edilən Vüqar Yusifovun cəza müddəti başa çatdığından o da azadlığa buraxılıb.

Bu iş üzrə təqsirləndirilən Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov 5 il, Asif Cavadov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Məhkəmə önünə çıxarılanlar arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.

Ana səhifəSiyasət“Gəncə işi”: Dörd nəfər azadlığa buraxıldı