21 noyabrda Ağır Cinayətlər Mhkəməsində Nida Vətəndaş Hərəkatının həbsdə olan 7 üzvü və Azad Gənclik Təşkilatından İlkin Rüstəmzadənin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkillər İlkin Rüstəmzadənin həbsdən azad edilməsini istəyiblər.
Məhkəmə vəsatətlərdən sonra müşavirəyə çıxıb. Müşavirənin qərarı 22 noyabr saat 10-da elan olunacaq.
NİDA üzvləri- Məmməd Əzizov və Bəxtiyar Quliyevə, Şahin Novruzlu və Rəşadət Axundova, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlıya «Əsgər ölümünə son» 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün «Molotov kokteyli» hazırlamaq ittihamı irəli sürülüb.
«Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Noyabr 2013 19:04