Gənc fəalin atası girov götürülüb – Yenilənib

Facebookda əsgər ölümləri ilə bağlı aksiya məqsədi ilə event yaradan gəncin atası həbs olunub. Bir müddət sonra Ruslan Nəsirlinin özü də polislər tərəfindən avtomobilə oturdularaq naməlum istiqamətə aparılıb.

Source:


Facebookda əsgər ölümləri ilə bağlı aksiya məqsədi ilə event yaradan gəncin atası həbs olunub. Bir müddət sonra Ruslan Nəsirlinin özü də polislər tərəfindən avtomobilə oturdularaq naməlum istiqamətə aparılıb.

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli Meydan TV-yə bildirib ki, saat təxminən 20 radələrində Ruslan Nəsirlinin yeri müəyyən edilib və Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb. AXCP sədr müşaviri Məmməd İbrahim həmin vaxt onu yanında, dükanda olub. Onlar belə qərara gəliblər ki, Ruslan Nəsirlinin polisə Partiyanın digər sədr muavini Asif Yusifli ilə birgə getməsinə qərar veriblər. Az sonra mağazaya gələn iki nəfər polis əməkdaşı Asif bəylə Ruslanı zorla maşına oturdaraq idarəyə yollanıblar. Yolda Asif bəyə zəng gəlib və maşından düşməsi tapşırılıb və Ruslan Nəsirli tək gedib. Fuad Əhmədli bildirib ki, hazırda Ruslanın hara aparılması bilinmir.


***


Ruslan Nəsirli adlı AXCP üzvü Facebook-da “Ali Baş Komandan Xalqa cavab ver!” adlı event yaradaraq avqustun 3-də saat 13-də Fəvvarələr Meydanında etiraz aksiyasınin təşkil olunmasını təklif edib. Bundan sonra onun atası, Şamil Nəsirov avqustun 2-də səhər saatlarında həbs olunaraq Salyandakı evindən paytaxta Baş Polis İdarəsinə gətirilib. Belə ki, polisin Ruslan Nəsirlinin özünü axtarıb tapa bilmədiyindən atasını həbs etdiyi bildirilir. Hazırda Şamil Nəsirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir. Şamil Nəsirovun taleyi ilə bağlı ailə üzvlərinə heç bir məlumat verilmir və yaxınları onun girov götürüldüyünü hesab edirlər.

Ruslan Nəsirli Bakıda kirayədə yaşayır. Onun özü ilə də əlaqə saxlaya bilmədik. Onun barəsində Meydan TV-yə məlumat verən dostları Ruslanın həbs olunmaqdan ehtiyat etdiyini bildirilər.

Yaradılan eventdə cəbhədə son günlər yaranmış gərginliklə bağlı Azərbaycan Ordusunun ciddi itki verməsinə etiraz olaraq əsgər ölümlərinə son qoyulması tələbi ilə aksiya keçirmək təklif olunur. Eventin linki

burda.

Ana səhifəXəbərlərGənc fəalin atası girov götürülüb – Yenilənib