Gələn ay məktəblər açıla bilər

Nazirliyin müəyyən etdiyi qaydalara əsasən, ibtidai siniflərdə I, II, III və IV siniflərdə dərslərin məktəblərdə keçirilməsi vacibdir.

Foto: Elm və Təhsil Nazirliyi


Gürcüstan və Ermənistan yeni təhsil ilinə hazırlaşır

Bir ay ərzində COVİD-19-a yoluxma azalsa, məktəblər açılacaq.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu belə

deyib

.

Əlavə edib ki, orta məktəblərdə tədrisin hibrid qaydada açılması insanların sanitar normalara və sosial davranış qaydalarına əməl etməsindən asılıdır:

“Əks halda, yox. Yoluxmanın artmasını istəmərik”.

Sentyabrın 15-də Gürcüstanda ölkə üzrə 2 min 84 orta məktəbdə yeni tədris ili başlayacaq. Təhsil Nazirliyi məktəblərlə bağlı vacib tövsiyələr hazırlayıb. Tövsiyələrə əsasən, şagirdlər arasında 1 metrlik sosial məsafə olacaq. Şagirdlərdən başqa, məktəb binasına daxil olan bütün şəxslər – müəllimlər, tərbiyəçi və texniki işçilər tibbi maska taxmalıdırlar. Məktəb binasına daxil olan zaman termoskrinq və əllərin dezinfeksiyası da vacibdir.

Bundan əlavə, müəyyən edilmiş qaydalara əsasən, ikinövbəli məktəblərdə növbə dəyişikliyi zamanı yarım saatlıq fasilə olacaq. Bu müddətdə ortaq istifadə edilən sinif otaqları, sanitar qovşaqlar dezinfeksiya ediləcək. Hərarəti olan və digər simptomlar daşıyan şagirdlər üçün özünütəcrid otaqları yaradılacaq. Dərs saatı 30 dəqiqə olacaq.

Nazirliyin müəyyən etdiyi qaydalara əsasən, ibtidai siniflərdə I, II, III və IV siniflərdə dərslərin məktəblərdə keçirilməsi vacibdir.

Bundan başqa, məktəbin imkanlarından və epidemioloji vəziyyətdən asılı olaraq V-VI siniflər üçün həftədə 1 gün, VII-XI siniflər üçün 2 gün, XII siniflər üçün isə maksimum 3 gün distant (uzaqdan) qaydada dərslər keçirilə bilər.

Ermənistanda da martda koronavirus pandemiyasına görə bağlanmış universitetlər gələn aydan

açılacaq

. Məlumatı avqustun 17-də Təhsil naziri Arayik Harutiuniyan pandemiya ilə mübarizəni koordinasiya edən hökumət rəsmiləri ilə görüşdən sonra verib.

Harutiuniyan deyib ki, birinci kurs tələbələri dərsə sentyabrın 1-dən, digər tələbələr isə 15-dən gedəcəklər.

“Kursların təşkilinə universitetlər özləri qərar verəcəklər. Buraya onlayn təhsil imkanı verən hibrid üsul da daxildir. Universitetlər detalları vebsaytlarında yerləşdirəcək, kurrikulum haqda əlavə informasiya verəcəklər”, – nazir “Facebook” postunda yazıb.

Harutiuniyan ötən həftə deyirdi ki, sentyabrın 15-dən orta məktəblər, təmayül məktəbləri, musiqi və incəsənət kollecləri də açılacaq. Onun sözlərinə görə, təhsil ocaqlarının hamısı hökumətin qoyduğu sanitar və gigiyenik qaydalara əməl etməlidirlər.

Ermənistanda fövqəladə vəziyyət sentyabrın 11-də başa çatır.

İndiyədək ölkədə koronavirusa 41 min 701 yoluxma, 824 ölüm halı qeydə alınıb. Son həftələr səhiyyə orqanları yoluxma və ölü sayında azalmanın olduğunu bildirir.

Ən son açıqlanan məlumata görə, Azərbaycanda ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Gürcüstanda isə ötən gün koronavirusa 15 yoluxma halı qeydə alınıb. Bununla yoluxanların sayı 1336 nəfərə çatıb. Gürcüstanda koronavirus səbəbilə hazırda 7597 nəfər karantində saxlanılır. 249 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1088 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Ana səhifəSosialGələn ay məktəblər açıla bilər