Gədəbəy hadisələrində polisi tənqid edən ictimai fəal həbs olundu

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov iyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

NİDA Vətəndaş Hərəkatı bildirir ki, Elmir Abbasov Gədəbəy hadisələrindən sonra polisi tənqid edən status yazdığına görə həbs olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə protokol tərtib olunub. Protokolda Elmir Abbasovu Sumqayıtda küçədə nalayiq ifadələrlə söyüş söyməsində və polisin əmrinə tabe olmamasında ittiham ediblər.

Məhkəmə İXM-nin 510-cu maddəsi üzrə ittihama xitam verib və 535.1-ci maddəsi ilə Elmir Abbasovu təqsirli bilib.

Müdafiə tərəfi qərardan apelyasiya şikayətini verəcək.

Ana səhifəVideoGədəbəy hadisələrində polisi tənqid edən ictimai fəal həbs olundu