"Çin insan haqları və fundamental azadlıqlara hörmət etməlidir"
"Böyük Yeddilər"in (G-7) liderləri iyunun 13-də Böyük Britaniyada sammitlərini başa çatdırıblar.
Onlar yoxsul ölkələrə 1 milyarddan çox COVID-19 vaksini verməyi vəd ediblər və Çini bir neçə məsələdə tənqid ediblər.
Toplantı barədə jurnalistlərə açıqlama verən Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, bu dozalar ölkələrə həm COVAX vasitəsilə, həm də birbaşa çatdırılacaq.
"Amerikanın səsi" Sammitin sonunda rəsmi bildiriş yayıldığını vurğulayıb.
Bildirişdə deyilir: “Bizim dəyərlərimizi təbliğ edəcəklər, o cümlədən Çini insan haqları və fundamental azadlıqlara hörmət etməyə, xüsusilə də Sincanda və Çin-Britaniya Ortaq Bəyannaməsində Honq Konqa verilən haqlar, azadlıqlar və yüksək səviyyədə muxtariyyəti təmin etməyə çağıracaqlar”.
G-7 liderləri həmçinin COVID-19 mənbəyi ilə bağlı daha çox araşdırmanın aparılmasına çağırıblar: “Biz həm də ÜST-nın təşkilatçılığı ilə elmə əsaslanan, ekspertlərin başçılığı ilə zamanlı və şəffaf 2 Faza COVID-19-un mənşəyi ilə bağlı araşdırmanın aparılmasına çağırırıq”.
"Böyük Yeddilər" (G-7) 1973-cü il neft böhranından və ondan sonra gələn qlobal tənəzzüldən sonra təsis olunub.
1975-ci ildə Fransa prezidenti Valeri d'Esten Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ hökumət başçılarını birgə toplantıya dəvət edib.
6 ölkə başçısına bir il sonra Kanada da qoşulub.