Fuad Qəhrəmanlı yayılan səs yazısının ona aid olmadığını deyir

Orada iddia olunur ki, mən parlament seçkilərindən istifadə edib deputat olamaq istəyirəm və bu zaman Əli bəy kənarda qalacaq.

Source:


“Əgər mən hər hansı bir razılaşmanın içindəyəmsə, o zaman niyə bunu edirlər?”

Ötən həftə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinliyindən istefa vermiş Fuad Qəhrəmanlının olduğu iddia edilən səs yazısı yayılıb.

Həmin audio yazıda Fuad Qəhrəmanlı olduğu güman edilən şəxs deputat olmaq istədiyini, hakimiyyətlə müxalifətin razılaşdırılmış namizədi olacağını söyləyir:

“Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm”.

Həmin şəxs Ərdoğanın siyasi texnologiyasından istifadə edəcəyini vurğulayır: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.

Səs yazısının ona aid olmadığını deyən Fuad Qəhrəmanlı orada deyilənləri absurd hesab edir:

“Orada iddia olunur ki, mən parlament seçkilərindən istifadə edib deputat olamaq istəyirəm və bu zaman Əli bəy kənarda qalacaq. Sonra da İlham Əliyev hakimiyyəti əldə saxlaya bilməyəndə onunla AXCP arasında hər iki tərəfin razılasacağı fiqur kimi hakimiyyətə gələcəyəm. Bu qədər absurd və Cırtdanın nağılına bənzər plan ola bilər?

Əvvəla, partiya parlament seçkisinə getməyəcəksə, heç vaxt seçkiyə getmərəm, partiya da iştirak edəndə məndən qabaq Əli bəy bu seçkidə qalib olacaq.

İkinci, hakimiyyət razılaşma yolu ilə deyil, seçki yolu ilə dəyişə bilər.

Üçüncü Əli Kərimlinin statusu elədir ki, nəinki mən, bu gün müxalifətdə heç kim onun üstündən adlayıb hakimiyyətə gələ bilməz”.

F.Qəhrəmanlı sual edir:

“Mən belə ciddi bir planı kiminlə danışa bilərəm? Bunu iqtidar nümayəndəsi ilə danışmaq olmaz, çünkü hakimiyyətin İlham Əliyevdən alınması mövzusunu hakimiyyətin nümayəndəsi ilə etmək olmaz. Eyni məntiqlə bunu AXCP-dən olanlarla da müzakirə etmək olmaz, çünki bu zaman da Əli bəyə qarşı çıxmaq olur.

Mənim səsimdən xüsusi kompüter proqramından istifadə olunaraq yığılmış bu saxta səs yazısı niyə yayılıb? Əgər mən hər hansı bir razılaşmanın içindəyəmsə, o zaman niyə bunu edirlər? Məntiq varmı? Hakimiyyətin razılığı olmadan kim belə bir saxta səs yazısı hazırlayıb yaya bilər? Bir də bu səsi yazan, niyə video görüntü çəkməyib, bir halda ki, bu iş üçün hazırlıq gedibsə, gərək video da olaydı. Deməli, belə bir danışıq olmayıb.

Səs yazısından belə məlum olur ki, mən bu planı kiməsə diqtə edirəm. Mənim tabeçiliyimdə elə bir qurum yoxdur ki, ona belə bir plan həvalə edim.

Əksinə, bu, onu göstərir ki, məqsəd məlum olaydan sonra məni partyadaşlarımın və cəmiyyətin müdafiəsindən məhrum etməkdir.

Aydın sübut olunur ki, hakimiyyət artıq bu məsələdə bir tərəfdir”.


Fuad Qəhrəmanlı

nın qızı, hazırda Niderlandda təhsil alan gənc fəal Selcan Yağmur sentyabrın 19-da açıqlama yayaraq atasından, onun soyadından imtina etdiyini bildirib. Anası, yazar Zümrüd Yağmurun təxəllüsü ilə çıxış edən Selcan buna səbəb kimi atasının ailəsinə göstərdiyi şiddətdən danışıb.

İctimai qınağa tuş gələn Fuad Qəhrəmanlı sədr müavini postundan istefa verib.

2015-ci ildə Nardaran hadisələri ilə bağlı həbs olunan F.Qəhrəmanlı bu ilin partında prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamı ilə azadlığa çıxmışdı. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyırdı.

Ana səhifəSiyasətFuad Qəhrəmanlı yayılan səs yazısının ona aid olmadığını deyir