Fəal polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir
Nizami Rayon Məhkəməsi yanvarın 31-də Fuad İsmayılovu 30 sutka azadlıqdan məhrum edib.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Fuad İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ittiham olunub.
Bu barədə məlumatı Meydan TV-yə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli verib.
Fuad İsmayılov yanvarın 28-də “Neftçilər” metrostansiyası yaxınlığında restoranların birinin qarşısında Türkiyə bayrağını dirəkdən endirəndən sonra saxlanılıb.