FTX general Dmitri Bulqakovu saxlayıb

Dmitri Bulqakov. Foto: Rusiya Müdafiə Nazirliyi

İstintaq ona qarşı  “korrupsiya xarakterli” cinayət işini araşdırır

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakovun korrupsiya işi ilə bağlı saxlanıldığını açıqlayıb.

69 yaşlı Bulqakov Rusiyanın Federal Penitensiar Xidmətinə (Butırka) yerləşdirilib.

Bu barədə iyulun 26-da “İnterfaks” xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumatda qeyd edir ki, İstintaq Komitəsi Dmitri Bulqakova qarşı “korrupsiya xarakterli” cinayət işini araşdırır:

İşin təfərrüatları açıqlanmır. İstintaq Komitəsindən bildirilib ki, hazırda hadisədə iştirak edən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır“.

FTX Dmitri Bulqakovun prosessual vəziyyətini və ya digər təfərrüatlarını açıqlamayıb, yalnız “qanunsuz fəaliyyətə səbəb olan və şərtləri müəyyən etmək üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirildiyini” qeyd edib.

D.Bulqakov 2008-ci ildən 2022-ci ilin sentyabrına qədər müdafiə nazirinin müavini vəzifəsində çalışıb və 2016-cı ildə “Rusiyanın Qəhrəmanı” adına layiq görülüb.

Rəsmi məlumata görə, Bulqakov uzun illər Silahlı Qüvvələrin arxa cəbhəsinə cavabdeh olub, maddi-texniki təchizat sisteminə, qoşunların silah, hərbi texnika və materiallarla təminatının təşkili, onların saxlanması, istismarı, müasirləşdirilməsi, təmiri və zərərsizləşdirilməsinin təşkili fəaliyyətinə rəhbərlik edib.

2024-cü ilin mayında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun istefasından sonra 4 general saxlanılıb: Müdafiə Nazirliyinin keçmiş rəis müavini Timur İvanov, Baş kadrlar idarəsinin rəisi Yuri Kuznetsov, Baş rabitə idarəsinin rəisi Vadim Şamarin və 58-ci Ordunun keçmiş komandiri İvan Popov.

Ana səhifəDünyaFTX general Dmitri Bulqakovu saxlayıb