Tamaşa rus dilində təqdim olunacaq
Akademik Musiqili Teatrında “Fransızsayağı qarnir” (Mark Kamoletti) tamaşası nümayiş olunacaq.
İki hissəli musiqili lirik komediya yanvarın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.
Əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Rus dilində təqdim olunacaq tamaşanın quruluşçu-rejissoru Əsgər Əsgərov, rejissoru Boris Qrafkin, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları – əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.