Aktyor Alek Bolduinə qarşı hələlik heç bir ittiham irəli sürülməyib
Amerikalı aktyor Alek Bolduinin rol aldığı yeni filmin çəkilişləri zamanı xoşagəlməz hadisə
yaşanıb
.
“Rust” filminin atışma səhnəsini lentə alarakən aktyor tapança ilə rejissorla operatoru yaralayıb.
Güllə rejissor Joel Souzanın körpücük sümüyünü zədələyib.
42 yaşlı operator Qalina Hatçins isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin istintaq zamanı filmin çəkilişlərində saxta odlu silahdan istifadəyə icazə verildiyi bildirilir. Tapançanın hansı şəraitdə real güllələrlə doldurulduğu və aktyorun rejissorla operatoru vurmasının səbəbləri isə açıqlanmır.
Alek Bolduinə qarşı hələlik heç bir ittiham irəli sürülməyib.
Aktyor 2014-cü ildə xuliqanlıq və ictimai qaydaların pozulmasına görə həbs olunub. O, birtərəfli küçədə yanlış yolla velosiped sürdükdən sonra asayişi pozub.
2018-ci ildə isə “West Village” avtodayanacağında mübahisəsinə, hücuma cəhd və təzyiqə görə məhkəmə qarşısına çıxıb. Aktyor 2019-cu ildə günahkar olduğunu etiraf edib və qəzəbin idarə edilməsi ilə bağlı kursa gedəcəyini söyləyib.
63 yaşlı Alek Bolduin kinoda debütünü 1986-cı ildə “Qənimət” filmi ilə edib.
Onlarla filmə çəkilən aktyor “Qızıl qlobus” “Emmi”, “Oskar” mükafatlarına layiq görülüb.
Həmçinin teatr sahəsindəki uğurlarına görə “Tony Award” mükafatını alıb.