Son illərin ən vacib kəşflərindən biri, bizim öz fikirlərimizin bizim həyatımızı formalaşdırmasında oynadığı rol haqqındadır. Daha əvvəl biz hər bir fikrimizin nə qədər böyük təsirə malik olduğundan xəbərsiz idik.
Fikirlər heç də əvvəl hesab etdiyimiz kimi ‘boş’, heç nəyə təsiri olmayan bir anlayış deyil. Fikirlər -Nevrologiya sahəsindəki tədqiqatçıların açıqlamalarına əsasən- beyində elektrik və kimyavi dəyişikliklərə gətirib çıxardan elektrik impulslardır. Yəni ki, fikir güc deməkdir.
Beyinimiz, hansısa fikrimizdən elektrik komanda alan kimi, həmin andan etibarən o çoxsaylı proseslərə start verir: Fikirlərə reaksiya verir, bədəndəki müvafiq kimyavi kontrol substansiyaları azad edir, sinir sistemini hazır vəziyyətə gətirir ki, verilən komandaya əsasən reaksiya və hərəkət etsin.
Biz fikirləşəndə heç xəbərimiz də olmur ki, beyin bu düşüncələrlə bağlı hansı əməliyyatlar keçirdir. Yeni informasiyanı hara ötürdüyünü, onunla nələr etdiyini, bizim uşaqlıqdan bu yana öyrəndiklərimizdən və yaşadığımızdan asılı olaraq bizim şüuraltımız təyin edir.
Şüuraltının rolu
Təsəvvür edin ki, şüuraltı bir kompakt disk funksiyasını yerinə yetirir. Doğulduğumuz gün hər birimiz həyata boş, tərtəmiz bir disklə başlayırıq, hara ki heç bir informasiya yazılmayıb. Doğulduğumuz andan etibarən rekord düyməsinə basılır, eşitdiyimiz hər bir söz, ağlımızdan keçən hər bir fikir bu diskə yazılır.
Hansı fikirləri ki biz dəfələrlə düşünürük, onlar təkrar olunaraq bir daha diskə yazılır və həmin məlumat şüuraltına daha dərin yerləşir.
Biz böyüyərkən şüuraltımız üçün heç bir fərqi yox idi, bizim özümüz haqqında düşündüklərimiz, qəbul etdiklərimiz düz idi yoxsa səhv.
Eyniylə bir kompüter kimi, bizim şüuraltımız bizim və başqalarının hər bir proqramını qəbul edir – fərqi yoxdu bu informasiya yaxşıdı yoxsa pis, sağlamdı yoxsa zərərli, yararlıdı yoxsa yararsız.
Bizim beynimiz bu cür işlədiyinə görə biz vərdiş heyvanına çevrilirik. Özümüzü proqramlaşdırdığımıza görə, biz şüuraltımızda bir model yaradırıq – fikirlərdən və hərəkətlərdən ibarət özünü təkrarlayan model. Biz daima ən dərində olan, oturuşmuş davranış modellərini təkrarlayırıq.
Bizim əvvəlki fikirlərimizin – proqramlarımızın böyük əksəriyyəti neqativ olub. Həmin neqativ fikirləri isə biz gün ərzində özümüzlə dialoqda istifadə edirik. Bu o deməkdir ki, biz özümüzü təkrarən eyni neqativ şəkildə proqramlaşdırmağa davam edirik.
Əlbəttə ki, biz pozitiv proqramlar da qəbul edirik, lakin bu yetərli deyil. Bu da ona gətirib çıxardır ki, biz özümüzün quraşdırdığı adekvat olmayan, özünü əngəlləyən proqramlar ilə böyüyürük.
Bu proqramlar həmişəlik şüuraltında qalır və ondan sonrakı həyatımızın hər bir addımına, düşündüyümüz hər bir fikrə təsir edir.
Hal-hazırda yaşadığımız həyat, indiyə kimi qəbul etdiyimiz bütün proqramların nəticəsidir. Bizim həyatımız indiyə qədər fikirləşdiklərimizin, özümüzə verdiyimiz təlimatların – hansıları ki bilmədən başqalarından həm də özümüzdən almışıq- nəticəsidir.
Son nəticə belə görsənir: Hər bir insan sonsuz sayda daxili fikirlər – proqramlar kolleksiyası ilə yaşayır, hansını ki beyin anındaca yerinə yetirməyə çalışır. Beynimiz bunun üçün proqramlaşdırılıb. Onun başqa seçimi yoxdur. Beyin daima sizin verdiyiniz proqramları yerinə yetirməyə çalışır. Sizin beyniniz üçün heç bir fərqi yoxdu, sizin fikirləriniz – proqramlarınız yaxşıdı yoxsa pis.
Beyninizin bütün gücü onun üçün sərf olunur ki, siz bu proqramlardan sonra həyatda qala biləsiniz, bu artıq sizin şüuraltınızda yerləşib.
Çox az insan özü ilə neqativ dialoq aparmaq vərdişindən tamamilə xilas ola bilir. Özümüzü proqramlaşdırmaq üçün bilmədən istifadə etdiyimiz saysız hesabsız fikirlər, özümüzlə apardığımız dialoqlar mövcuddur.
Əgər özümüzə -nümunə kimi- aşağıda yazılan sözləri deyiriksə, biz necə özümüzdən ən yaxşı nəticələr gözləyə bilərik:
‘Mən işimi düzgün yerinə yetirə bilmirəm’
‘Bugün çox pis gündü’
‘Mən bunu bacarmayacam’
‘Onunla nə vaxt danışıramsa, hər dəfə biz mübahisə etməyə başlayırıq’
‘Mənim çəkimlə bağlı problemlərim var’
‘Mən əminəm ki onun məndən xoşu gəlməyəcək’
‘Niyə bunu edirəm ki, onsuz da alınan deyil’
‘Mənim yaddaşım çox pisdi’
‘Mənim bəxtim yoxdu da’
‘Mən çalışdım, amma mən bacarmıram bu işi’
Bunlar özümüzü proqramlaşdırdığımız fikirlərdən bəziləridir. Günboyu bu fikirlər-proqramlar bizi idarə edir. Bu cür neqativ fikirlər bizə qarşı işləyir, bizi əngəlləyir, ziyan vurur.
Siz indi çox vacib bir qərar qəbul etməlisiniz.
Beynimizin işləmə mexanizmindən xəbərimiz olanda, onu necə proqramlaşdıracağımız bizdən asılı olur.
Sizin şüuraltınız üçün heç bir fərqi yoxdu, bu proqramlar hardan gəlir, yaxud siz onları necə alırsınız. O yenə də sizin ona verdiyiniz informasiyaları qəbul etməkdə davam edəcək, fərqi yoxdu bu fikirlər yaxşıdı yoxsa pis, sizin xeyrinizədi yoxsa ziyanınıza.
Hətta bu yazını oxuduğunuz anda belə sizin şəxsi proqramlarınız sizin hər şeyinizi müəyyən edir – genetik koddan və irsən aldığınız fiziki xüsusiyyətlərdən başqa.
Bu andan etibarən ağlınızdan keçən hər bir fikir daha sonra sizin nə ilə məşqul olacağınıza, həyatınızı necə yaşayacağınıza təsir edəcək. Sizin həyatınız, beyninizə verdiyiniz hər bir yeni təlimatdan asılıdır.
Buna görə də indi siz vacib bir qərarla qarşı-qarşıyasınız. ‘Mənim gələcəyim mənim əlimdədir’ iddiası heç də uydurma yaxud mənfəətpərəst deyil. Siz sadəcə olaraq faktlardan xəbərdar olursunuz, həyatınızın axarına təsiretmə imkanı qazanırsınız.
Kim ki, özü üzərindəki nəzarəti öz əlinə alır, fikirlərini şüurlu şəkildə idarə edir, həmin o insan, həyatını həqiqətən özü idarə edir.
Əgər siz, şüuraltınızı proqramlaşdırmaq məsuliyyətini öz üzərinizə götürməsəniz, əgər həyatınızın rejissoru siz özünüz olmasanız, onda sizi proqramlaşdırma vəzifəsi sizin valideynlərinizdən, sizi tərbiyə edənlərdən, əvvəlki təcrübələrinizdən və başqalarının əhval-ruhiyyəsindən asılı olacaq.
Müəllif:
Dr.Doris Vulf
Fotolar: Jesus Solana, Tim Hipps, Neil Conway, (M)