Fərid Mehralızadənin yoldaşı: “Uşağımızla bağlı planlarımız var idi”

“Tam olaraq dərk edə bilmirəm ki, Fərid həbs olunub. Bəlli bir müddət olmayacaq. Fiziki olaraq burada olmayacaq. Mən bunu hələ tam anlaya bilmirəm”, – həyat yoldaşı deyir. 

İqtisadçı Fərid Mehralızadənin həbsi ailəsi üçün gözlənilməz olub. Həyat yoldaşı Nərgiz Muxtarova suallar içindədir. O, Fəridin siyasi sifarişlə həbs olunduğunu deyir, ancaq bunun səbəbini anlamır.

İqtisadçı Fərid Mehralızadə ‘’AbzasMedia’’ya açılan cinayət işində qaçaqmalçılıqda ittiham olunur. Onun həbsindən sonra media qurumu bəyanat yayaraq iqtisadçının ‘’AbzasMedia’’ ilə heç bir əməkdaşlığının olmadığını bildirib.

Barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilən Fərid Mehralızadə isə 4 ayın sonunda doğulacaq uşağını qucağına almağı planlayırdı.

İqtisadçı mayın 30-da başına torba keçirilərək saxlanılıb. Evində, avtomobilində axtarış keçirilsə də, heç bir maddi sübut tapılmayıb. Buna baxmayaraq avtomobili hələ də hüquq-mühafizə orqanlarındadır.

Mehralızadə hökumətə yaxın mətbuatdan tutmuş müstəqil media orqanlarında ekspert kimi çıxış edib, müxtəlif platformalarda iqtisadi analizlər aparıb. Məqsədi iqtisadi dəyişiklikləri anlaşılan dildə insanlara çatdırmaq idi.

Ana səhifəVideoFərid Mehralızadənin yoldaşı: “Uşağımızla bağlı planlarımız var idi”