Qəzza

Mənbə: reuters

Başlıq: Qəzza

Fələstin və İsrail arasında gərginlik; ölənlərin içində uşaqlar da var

Polislə toqquşmada 7-si ağır olmaqla ən az 305 nəfərin yaralandığını bildirilir

Fələstinli silahlılar Qüdsə yaxın əraziləri raket atəşinə tutduqdan sonra İsrail hava hücumlarına başlayıb və bazar ertəsi günü qəzzalı səhiyyə işçiləri bu hücumlardan aralarında uşaqların da olduğu ən azı 20 nəfərin öldüyünü bildirib.

“Reuters”in məlumatına görə, İsrail Qəzzadan raket atəşinə məruz qalan mülki insanları evakuasiya edib. Rəsmi olaraq parlamentdəki israilli millət vəkilləri iclası ləğv edib və hücum zamanı binanı boşaldıb.

İsrail raket hücumlarından sonra Qüdsdə həyəcan siqnalı verib. Həmas Hərəkatı hücumun “İsrailin cinayətləri və təcavüzündən” qaynaqlandığını iddia edərək, məsuliyyəti üzərinə götürüb.

İsrail ordusu, bugünə qədər Qəzzadan yeddi raket atıldığını, əksəriyyətinin açıq ərazilərə düşdüyünü söyləyib. Raketlərdən biri Qüdsdəki bir evə dəyib, ancaq itki olmayıb. Bundan əlavə, İsrail ordusu ölkənin cənubundakı Qəzzadan bir mülki avtomobilin raketlə vurulduğunu və bir nəfərin yaralandığını bildirib.

ABŞ Dövlət Katibi Antoni Blinken, Qəzzadan İsrailə qarşı edilən raket hücumlarının dərhal dayandırılmalı olduğunu söyləyib və gərginliyin azalması üçün bütün tərəfləri müvafiq tədbirlər görməyə çağırıb.

İki ölkə arasında gərginliyi azaltmaq üçün polis, ənənəvi “Qüds Günü” yürüşü istiqamətini dəyişdirib.

İsrail 1967-ci ildən, Ərəb-İsrail müharibəsi nəticəsində Şərqi Qüdsü ələ keçirməsi münasibətilə “Qüds Günü” nü qeyd etməyə başlayıb.

Yürüş iştirakçıları Yafada israilliləri Qəzzadan atılan raketlər barədə məlumatlandırıb. Onlar digər israilliləri Qüdsə, yaxın şəhərlərə və Qəzza yaxınlığındakı İsrail bölgələrinə qaçmağa vadar edib.

İsrail də Fələstinə qarşı hücuma başlayıb. İsrail ordusu “qırmızı xətt” adlandırılan bölgəni keçdikdən sonra fələstinli silahlı qrupları hədəf aldığını qeyd edib.

İsrailin hava hücumları gecə saatlarına qədər davam edib. Fələstinlilər Qəzza şəhəri yaxınlığında və sahilboyu güclü partlayışlar olduğu barədə məlumat yayıb.

Bazar ertəsi müsəlmanlar üçün ən əsas ibadətgah olan Əl-Əqsa Məscidində qarşıdurmalar başlayıb. Əl-Əqsa məscidində baş verən hücumdan sonra onlarla insan xəstəxanaya yerləşdirilib. İsrail polisinin yayımladığı görüntülərdə təhlükəsizlik qüvvələrinin məscidin qapılarını bağladığı görünür.

Fələstinin Qızıl Aypara Cəmiyyəti, 7-si ağır olmaqla ən az 305 nəfərin İsrail polisi ilə toqquşmada yaralandığını, partlayıcı maddələr, bombalar və gözyaşardıcı qaz atıldığını bildirib. Polisin verdiyi məlumata görə, 21 polis əməkdaşı odlu silahdan yaralanıb.

İsrail, 1967-ci il müharibəsindən sonra ilhaq etdiyi şərq hissəsi də daxil olmaqla bütün Qüdsü paytaxt olaraq görür və İsrailin bu addımı beynəlxalq səviyyədə tanınmayıb.

“Deutche Welle” xəbər agentliyi müxbiri Tanya Kremer Qüdsdə şəhərdə partlayışlar baş verdiyi zaman canlı yayımda olub. O, “İsraildən sərt bir cavab gözləyirik”,- deyə qeyd edib və Qüdsün nadir hallarda raket hücumlarının hədəfi olduğuna diqqət çəkib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bazar ertəsi günü verdiyi yeni açıqlamalarda İsraili tənqid edərək,bu ölkənin törətdiyi “terror” ilə mübarizə aparmaq üçün hərəkətə keçdiyini söyləyib. Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və Həmas lideri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Ərdoğan “dünyanı, xüsusilə də İslam dünyasını, İsrailin törətdiyi terrordan və işğaldan qurtarmaq naminə səfərbər etmək üçün əlimizdən gələni edəcəyik”,- söyləyib.

Ərdoğanın rəhbərliyi altında Türkiyə-İsrail münasibətləri əhəmiyyətli dərəcədə pisləşdiyinə görə İsraili tez-tez tənqid edir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert israilliləri və fələstinliləri təmkinli olmağa çağırıb:

“Hər iki tərəfi dərhal vəziyyəti gərginləşdirməməyə çağırırıq. Hər kəsin hüquqlarını qorumaqda israrlıyıq”.

Avropa Birliyi bu qarşıdurmadan narahatlığını bildirib və bütün tərəfləri şiddətdən çəkinməyə çağırıb.

AB nümayəndə heyəti tibb işçilərinin girişinə icazə vermələri üçün İsrail təhlükəsizlik qüvvələrinə çağırış edib: “Hər kəsi müqəddəs yerlərin status-kvosunu qorumağa və hörmət etməyə çağırırıq”.

BMT isə son günlərdə 300-dən çox insanı əhatə edən qarşıdurmalar nəticəsində Şərqi Qüdsün mübahisəli torpaqlarında israillilər və fələstinlilər arasında artan gərginlik qarşısında İsraili “təmkin” olmağa çağırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e7xmol

Ən çox baxılan