Fəhmin Hacıyev

Mənbə: Foto: arxiv

Başlıq: Fəhmin Hacıyev

Fəhmin Hacıyevin Azərbaycana girişinə qadağa qoyulub

“Anamla görüşə izin vermədilər”

Ukraynada mühacir həyatı yaşayan Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev yanvarın 7-dən Bakıya gəlib. Ona ölkəyə girişinə qadağa olduğunu deyiblər. Fəhmin Hacıyevi bir gecə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladıqdan sonra geri, Ukraynaya qaytarıblar.

Bu barədə Fəhmin Hacıyev “Facebook” səhifəsində məlumat paylaşıb.

Fəhmin Hacıyev yazıb ki, Azərbaycana girişinə qadağanın olması haqda xəbər onun üçün gözlənilməz olub:

“Kiyev-Bakı reysi ilə yanvarın 7-də saat 01:35 Bakıya gəldim. Sərhəd keçid məntəqəsində məmur xanım qonşu kabinetdəki kapitana müraciət etdi və pasportumu ona verdi. Təqribən 5 dəqiqədən sonra kapitan mənə dedi ki, sizin “stop”unuz var. Soruşuram necə yəni “stop” var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır? Cavab vermədi. Yarım saat sonra hava limanının nəqliyyat polisindən gəlib məni şöbəyə apardılar. Orada da bir qədər vaxt itirdikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) apardılar”.

Fəhmin Hacıyev gecə kamerada saxlanıldığını və səhər sorğu- sual edildiyini qeyd edib:

“Mənə sonuncu dəfə Azərbaycanda olanda kimlərlə görüşdüyüm və nədən danışdığım barədə suallar verdilər. Cavab verdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlər açıq olub. Əsasən köhnə xatirələri, müxalıfətdaxili və müxalifət-hakimiyyət münasibətləri müzakirə olunub. Ukraynada nə işlə məşğul olduğumu soruşdular. Olduğu kimi söylədim. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Anama baş çəkmək üçün bir günlük izin istəsəm də, rədd cavabı aldım”.

Fəhmin Hacıyev onunla ünsiyyətdə olanların özlərini çox nəzakətli və təmkinli apardıqlarını deyib:

“Hər birinə nümunəvi davranış üçün minnətdaram. Deport göstərişi verənlər üçün hələlik bunu deyə bilmirəm”.

Fəhmin Hacıyev 1992-ci ilin yanvarında AXC-nin təqdimatı ilə Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini təyin edilib. Az sonra Daşaltı əməliyyatının uğursuz olduğuna görə o, bu vəzifədən istefa verib. F.Hacıyev 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Daxili Qoşunların komandanı olub. Bir il Türkiyədə mühacirətdə yaşadıqdan sonra F. Hacıyev həbs olunub, 2004-cü ilə qədər həbsdə qalıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ilk dəfə Azərbaycana qarşı onun “iş”inə görə qərar çıxardıb.

Fəhmin Hacıyev 2009-cu ildən Ukraynada yaşayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5r5v10

Ən çox baxılan