Fazil Mustafaya hücumda adı çəkilən qəssab: “Namaz qıldığıma görə cəza düşürsə…”

Tutulduğu ilk günlərdə sosial mediada Fazil Mustafaya qarşı sui-qəsdin iştirakçısı kimi təqdim olunan İlkin Süleymanov hazırda narkotik ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Süleymanov isə ittihamların heç birini qəbul etmir, şərləndiyini deyir.

Cinayət işinin materiallarında iddia olunur ki, İlkin Süleymanovu Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları saxlayıb. Onun üstündən 3.4 qram narkotik tapılıb. Beləliklə, ona “satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma” ittihamı irəli sürülüb. İlkin isə məhkəmədə çıxışı zamanı deyib ki, polis bölməsində   ittihamı üzərinə götürmədiyi halda, evlərindən narkotik maddə çıxaracaqları və anasının da işə cəlb ediləcəyi ilə hədələnib. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Elçin Xalıqovun da ona cibinə qoyması üçün narkotik verən şəxs olduğunu iddia edir.

İlkin Süleymanovun ittiham olunduğu satış məqsədilə narkotik maddələrin saxlanılması maddələri ilə onu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ana səhifəVideoFazil Mustafaya hücumda adı çəkilən qəssab: “Namaz qıldığıma görə cəza düşürsə…”