“Fazil Mustafanın güllələnməsində İranın rolu ehtimal edilir”

Martın 28-də axşam saatlarında deputat Fazil Mustafa evinin qarşısında güllələnib. Deputatın “Kalaşnikov” konstruksiyalı avtomat silahından ayağından və çiynindən vurulduğu bildirilir. Fazil Mustafa 1 saylı Şəhər Kilinik Xəstəxanasında əməliyyat olunub. TƏBİB-dən millət vəkilinin həyati təhlükəsinin olmadığı bildirilib. Bəzi deputatlar Fazil Mustafanın güllələnməsini İran hökumətiylə əlaqələndirir. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidməti Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlayıb.

Ana səhifəVideo“Fazil Mustafanın güllələnməsində İranın rolu ehtimal edilir”