Fazil Mustafa: Cərimələri artırmaqla narazılığı da artırmış olacağıq

Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.

Source: google.az


Milli Məclis karantin cərimələrinin artırılmasını təsdiqlədi

“Cəzaların sərtləşdirilməsi qayda pozuntularının, cinayətlərin qarşısını almır”.

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslərə tətbiq edilən cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputat Tahir Kərimli belə deyib.

O qeyd edib ki, cərimələrin artırılması zamanı vətəndaşların vəziyyəti nəzərə alınmalıdır:

“İlk baxışdan insanlara sərt cəza verməkdən çəkinmək lazımdır. Xəstəliklə bağlı hamımızda əsəbilik var. Cəzaların sərtləşdirilməsi məsələsinə məcburi gedirik. Amma xalqa münasibətdə bunu nəzərə almalıyıq. Çünki bəziləri bundan möhtəkirlik kimi də istifadə edirlər”.

1559315261_81.jpg
Tahir Kərimli


"Onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar"

Deputat Fazil Mustafa deyib ki, cərimələrin artırılması hüquqi və vəzifəli şəxslərə mənfi təsir edəcək:

“Pandemiya ilə əlaqədar bu şəxslərin çoxu iflas vəziyyətindədir. Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.

fazil mustafa 2504.jpg
Fazil Mustafa


"Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir"

Deputat Razi Nurullayev həmkarının fikrini dəstəkləyib: “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.

Spiker Sahibə Qafarova isə deyib ki, ciddi xəbərdarlıqla bunun qarşısını almaq olmaz.

Copy of Copy of Untitled Design.png
Razi Nurullayev


"Qananı sözlə, qanmayanı bizlə başa salmaq lazımdır"

Vitse-spiker Fəzail İbrahimli deyib ki, qanun insanları qorumaq üçün qəbul edilir və vəzifəli və hüquqi şəxslər də qanunun işləməsinə kömək etməlidirlər:

“Atalar misalında deyildiyi kimi, qananı sözlə, qanmayanı bizlə başa salmaq lazımdır. Milləti xəstələndirən, pul qazanmaq üçün xəstəliyi yayanların tərəfində olmalıyıq?! Bu qanunlar xəstəliyin qarşısını almaq üçün qəbul edilir”.

Fəzail İbrahimli
Fəzail İbrahimli

Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə edilən dəyişiklik layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin hazırda qüvvədə olan variantında isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Həmçinin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr də vəzifəli və hüquqi şəxslərə münasibətdə artırılır.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Ana səhifəSosialFazil Mustafa: Cərimələri artırmaqla narazılığı da artırmış olacağıq