Əyalətdə “Meşşan toyu” – “Xoşbəxtlik üçün mebellərə ehtiyac var idimi?”

Alman Dramaturqu Bertolt Brextin “Meşşan toyu” pyesinə quruluşu Elsa Furtado verib.

Source: Foto: Meydan TV


ADO Teatrı tərəfindən xeyriyyə tamaşası nümayiş olunacaq

Teatrın kollektivi dekabrın 20-də Gəncə şəhərində olacaq qastrol səfəri çərçivəsində “TOY” tamaşasını təqdim edəcək.

Əyalət tamaşaçıları üçün biletlərin qiyməti simvolik olaraq iki manat təşkil edəcək.

Tədbirdən əldə olunan məbləğ qadın sığınacağına bağışlanacaq.

Tamaşanın keçirilməsində məqsəd teatra olan marağı artırmaqla yanaşı, ehtiyacı olan insanlara maddi dəstək olmaqdır.

Əsərin adı: “Meşşan toyu”, müddəti 65 dəqiqə, yaş həddi 12-dən yuxarıdır.

Alman Dramaturqu Bertolt Brextin “Meşşan toyu” pyesinə quruluşu Elsa Furtado verib. Pyesi Azərbaycan dilinə Aytən F.Əliyeva tərcümə edib. Tamaşanın rəssamı isə Leyla Quliyevadır.

Rollarda Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamran Muradlı, Günel İmanova, Zərif Bəkirova və Ceyhun Zabitli çıxış edir.

Tamaşada hadisələr gözləmə zalından başlayır. Siz də bu “TOY”-un bir parçasına çevirilirsiniz. Hər kəs isə sual edir, xoşbəxtlik üçün mebellərə ehtiyac var idi? İnsanlar birlikdə olanda nələr baş verir? Axı ayrı-ayrılıqda hərə özü üçün çox yaxşı insandır…

Tamaşanın premyerası 2017-ci ilin dekabrında olub.

Ana səhifəMədəniyyətƏyalətdə “Meşşan toyu” – “Xoşbəxtlik üçün mebellərə ehtiyac var idimi?”