Evi sökülən sakin: “Bizim bədbəxtliyimizdən özlərinə xoşbəxtlik qururlar”

Mənzillərinə girən məcburi köçkünlər evlə təmin olunandan sonra binaları yerli-dibli sökülən sakinlər etiraz edir. Sovet dönəmində 4 saylı tikinti trestində çalışan işçilərə əməklərinin qarşılığında Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində mənzil verilib. Ələxsüs onlara kompensasiya və ya mənzil verilməsiylə bağlı vəd verilməmişkən.

Mənzilin əsl sahibləri, 30-a yaxın əllərində order olan vətəndaşlar kompensasiya tələb edir. Nazirlər Kabinetinə, Binəqədi Rayon İcra Hakimiyyətinə şikayətlərini çatdıran vətəndaşların tələbləri nəzərə alınmayıb.

Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Səttar Bəhlulzadə 23 ünvanında 2021-ci ilin avqustunda tikintiyə icazə verilib.

Ərazidə tikinti aparan “Ümid VQM” MMC-nin nümayəndəsi bildirib ki, onların sakinlərin qarşısında heç bir öhdəliyi yoxdur. Sakinlərə mənzillərin orderlərini verən qurum cavabdehdir.

Binəqədi Rayon İcra Hakimiyyətindənsə zənglərimizə cavab verən olmadı.

Hələlik ərazidə tikinti aparılmasa da, sakinlər deyir ki, başlamayacağının da qarantı yoxdur. Ələxsüs onlara kompensasiya və ya mənzil verilməsiylə bağlı vəd verilməmişkən.

Ana səhifəVideoEvi sökülən sakin: “Bizim bədbəxtliyimizdən özlərinə xoşbəxtlik qururlar”