Azərbaycan təmsilçisi finalda çıxış edəcək
“Eurovision” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı olub.
Bu dəfə Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka təmsilçiləri çıxış edib.
Səsvermənin nəticələrinə əsasən, Moldova, İsveçrə, Finlandiya, Portuqaliya, Albaniya, Serbiya, Bolqarıstan, İslandiya, San-Marino, Yunanıstan final mərhələsinə keçib.
Finalda Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək.
Ümumilikdə 39 ölkədən 34 iştirakçının çıxış edəcəyi müsabiqənin final günü mayın 22-dədir.
Müsabiqə İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Yarışmada Azərbaycanı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edir.