Zala daxil olmaq üçün tamaşaçılardan COVİD-19 testinin neqativ cavabı tələb olunacaq
Niderland rəsmiləri COVID-19 pandemiyası fonunda kütləvi tədbirlərin təhlükəsizliyini yoxlamaq məqsədilə, mayda keçiriləcək “Eurovision” yarışmasına tamaşaçıların qatılmasına icazə verə bilər.
Niderland Yayım Korporasiyası (NOS) isə pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu
qərar
ı verdiyini açıqlayıb.
Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər iştirak edəcək. Zala daxil olmaq üçün tamaşaçılardan COVİD-19 testinin neqativ cavabı tələb olunacaq.
“Hökumətin bu qərarını alqışlayırıq, yarışmada tamaşaçıların iştirakı doğru addımdır”, – “Eurovision”un icraçı direktoru Martin Osterdal deyib.
Ölkədə virusun artım tempi yüksəldiyi təqdirdə yarışmanın yalnız televiziya ilə nümayişi də istisna edilmir.
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə ləğv edilən “Eurovision” mahnı yarışması bu il mayın 18-dən 22-dək Rotterdam şəhərindəki “Ahoy” arenasında keçiriləcək.
Müsabiqədə Azərbaycan Samirə Əfəndinin “Mata Hari” mahnısı ilə təmsil olunacaq. İfaçı səhnəyə birinci yarımfinalda 14 nömrə altında çıxacaq.
65-ci dəfədir reallaşan yarışmanın birinci yarımfinalında 16, ikincisində isə 17 ölkə yer alacaq. Hər iki yarımfinaldan 10 nəfər finala vəsiqə qazanacaq.
Birinci yarımfinalda Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Azərbaycan, Ukrayna, Malta, ikinci yarımfinalda isə San –Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstrya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə, Danimarka çıxış edəcək.