Yarışmaya Böyük Britaniya ev sahibliyi edəcək
Avropa Yayım Birliyi Ukrayna ilə əlaqədar yekun qərarını verib.
Qurumun yaydığı məlumatda qeyd olunur ki, Ukrayna “Eurovision-2022” Mahnı Müsabiqəsinin qalib olsa da, yarışmaya gələn il ev sahibliyini Böyük Britaniya edəcək.
2022-ci il iyunun 17-də Avropa Yayım Birliyi Ukraynanın “Eurovision-2023” Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcəyini dair bəyanat yaymışdı.
Bildirilmişdi ki, hazırkı müharibə şəraiti ilə əlaqədar yarışmanın Ukraynada keçirilməsi təhlükəsizlik tələblərinə cavab vermir.
Avropa Yayım Birliyi mövcud şəraiti nəzərə alaraq, müsabiqənin 2023-cü ildə müsabiqənin ikincisi olmuş Böyük Britaniyada keçirilməsinə qərarlaşdırmışdı.
Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko isə ölkənin bu qərarla razılaşmadığını bildirmişdi.
2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.
Buna görə də Avropa Yayım Birliyi tərəfindən “Eurovision-2022” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.
2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision-2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.
Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.
Britaniya təmsilçisi Sem Rayder “Space man” mahnısı ilə Eurovision 2022-də ikinci yeri tutmuşdu.